İstanbulda maraqlı OLAY: Qadın tıxacda oğul dünyaya gətirdi - FOTO

Hazırda oxunan: İstanbulda maraqlı OLAY: Qadın tıxacda oğul dünyaya gətirdi - FOTO

15939

İstanbulun iki hissəsini birləşdirən Bosfor boğazının altındakı Avrasiya tünelində xoşbəxt nəticə ilə diqqət çəkən bir olay baş verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “vesti.ru” saytı yayıb.

Mənbə yazır ki, ibtidai sinif müəllimi Seda Girey doğuşa başladığını hiss edib. Əri onu qadının hamiləlik dövründə müşahidə olunduğu klinikaya aparmaq istəyib, lakin avtomobilləri tuneldə tıxacda qalıb.

 

MÖVZU İLƏ BAĞLI:

Hamilə olduğundan xəbərsiz qadın stomotoloji klinikada uşaq dünyaya gətirdi - FOTO 


Kişi kömək üçün polisə müraciət edib. Asayiş keşikçiləri bacardıqları qədər doğuş ərəfəsində olan qadının xəstəxanaya aparılmasını sürətləndirməyə çalışıblar. Ancaq yerin altında doğulan uşağın daha sürətli olduğu ortaya çıxıb.

Təcili yardım otağında ana və körpəni qarşılayan həkimlər yalnız göbəyi kəsiblər və qadınla oğlunu tibb müəssisəsinə yerləşdiriblər.

Ana və yeni doğulan uşağın özlərini yaxşı hiss etdikləri məlumdur. 

Özünü “akuşer” kimi sınayan ataya arvadı ilə uşağını bir neçə gün sonra evə aparmağa icazə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin