Tarix elmləri namizədi, erməni analitik Sergey Melkonyan İrəvanın anti-Rusiya siyasətini şərh edib. Onun fikrincə, Ermənistan hər addımı ilə Rusiyadan uzaqlaşdığını təkcə ikitərəfli münasibətlərdən deyil, həm də Rusiyanın yaratdığı çoxşaxəli platformalardan nümayiş etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Hraparak” nəşrinə müsahibəsində danışıb.
"Azərbaycan isə belə kəskin addımlar atmır, çünki onun özünün xarici siyasət strategiyası var. Bu strategiyada həm Qərbə, həm də Rusiyaya yönəlik addımlar yer alır. Azərbaycan başa düşür ki, regionun bütün güc mərkəzləri ilə əməkdaşlıq etmək lazımdır.
Amma Ermənistanın bugünkü xarici siyasət strategiyasından danışmaq mənasızdır. İrəvan hər cür yolla Qərblə yaxınlaşmağa çalışır və bununla da bizim maraqlarımıza zidd olan, lakin Qərbin maraqlarından irəli gələn qətiyyətli addımlar atmağa hazır olduğunu göstərir.
Aydındır ki, Ermənistanın yürütdüyü siyasət yaxşı heç nəyi vəd etmir. Bizim hökumətin dəqiq oriyentasiyası, sabit müttəfiqləri yoxdur, müxtəlif geosiyasi hadisələr zamanı hansı yolla gedəcəyini, hansı istiqamətdə hərəkət edəcəyini bilmir”, - deyə Sergey Melkonyan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:46 / 11.10.2023
"Ölkəmiz hansı yolla gedəcəyini bilmir” - Erməni analitik
Hazırda oxunan: "Ölkəmiz hansı yolla gedəcəyini bilmir” - Erməni analitik
Hazırda oxunan: "Ölkəmiz hansı yolla gedəcəyini bilmir” - Erməni analitik
159367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.