Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə korinavirus əleyhinə vaksinasiyanın nə zaman başa çatacağını açıqlayıb.
Bizim.Media Türkiyə KİV- nə istinadən xəbər verir ki, ölkə başçısı jurnalistlərlə söhbəti zamanı bunun may, iyun aylarında olacağına ümid etdiyini deyib.
MÖVZU İLƏ BAĞLI:
Uğur Şahindən şad xəbər – “Yayın sonu normal həyata dönəcəyik”
"Biz Çindən 50 milyon vaksin gözləyirik. Artıq Almaniyadan 1,5 milyon peyvənd almışıq. Rusiya ilə danışıqlar gedir. Rusiyadan peyvənd gələn kimi ölkədə vəziyyət daha da yaxşılaşacaq",- deyə o, bildirib.
Bizim.Media