Sülh yolunda SON ƏNGƏL – Anklav kəndlərimiz necə AZAD OLUNACAQ?

Hazırda oxunan: Sülh yolunda SON ƏNGƏL – Anklav kəndlərimiz necə AZAD OLUNACAQ?

159010

Azərbaycan bir günlük lokal antiterror əməliyyatı nəticəsində Qarabağın bütün ərazilərində öz suverenliyini bərpa edib. Amma hələ ki, anklav kəndlər məsələsi öz həllini tapmayıb. 

Qeyd edək ki, Ermənistan keçən əsrin 90-cı illərində Azərbaycanın 8 anklav kəndini də işğal edib.

Bunlar Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri, o cümlədən Naxçıvanın Kərki kəndidir. Bu anklav ərazilərimiz hələ ki, düşmən tapdağı altındadır. 
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzurda puç olan ÜMİDLƏR – Ermənistan tarixi şansı necə BOŞA VERDİ?


Razılığa əsasən dövlət sərhədlərinin delimitasiya prosesində həmin kəndlər də Azərbaycanın tərkibinə qayıdacaq. Lakin məsələ ondadır ki, İrəvan daima bu məsələnin də həll olunmasına əngəl olmağa çalışır. Bir günlük əməliyyatdan sonra yaranmış situasiya anklav kəndlərimizin taleyi məsələsini də yenidən gündəmə gətirib. 

Maraqlıdır ki, oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti  Şarl Mişel arasında baş tutan telefon danışığında da sözügedən məsələ müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.

Görəsən, Azərbaycan sülh yolundakı bu əngəli necə aradan qaldıracaq?

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, anklav kəndlərlə bağlı məsələnin öz həllini tapması üçün Azərbaycanın indilikdə göstərdiyi cəhdlər siyasi müstəvidədir: 

“Anklav kəndləri məsələsi də Azərbaycanın gündəmindədir. Azərbaycan Prezidentinin bəyanatında göstərilir ki, sərhədlərin müəyyən olunması prinsipləri daha dəqiq olmalıdır. Ermənistan sərhədlərin müəyyənləşdirilməsi üçün 1975-ci ilin xəritələrinə istinad edilməsini istəyir. Elədirsə, İrəvan heç olmasa ilk öncə elə istinad etdikləri həmin xəritəyə uyğun olaraq anklav ərazilərimizi də azad etsin. Digər ərazilərlə bağlı məsələlərin necə həll olunacağı isə gələcəyin işidir. 

Azərbaycan anklav kəndlərilə bağlı məsələnin öz həllini tapması üçün hələlik siyasi müstəvidə cəhdlər göstərir. Prezidentin bununla bağlı verdiyi bəyanat da bir növ ermənilərin yalan təbliğatını ifşa etməyə yönəlib. 

Burada göstərilir ki, Ermənistan Azərbaycan ərazilərini hələlik özləri tanıdıqları şəkildə belə tam olaraq azad etməyib.

Yəni bu, Ermənistanın işğalçı ölkə olaraq qaldığının mesajıdır. Demirik ki, sərhəd məhz 1975-ci il xəritəsi əsasında müəyyənləşəcək. Amma İrəvan 1975-ci il xəritəsinə istinad edirsə, anklav kəndlərimizi də azad etməlidir. Amma etmirlər.”

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin