"Roma Statutu ilə bağlı İrəvanla dialoqa ehtiyac yoxdur" - Rəsmi Moskva

Hazırda oxunan: "Roma Statutu ilə bağlı İrəvanla dialoqa ehtiyac yoxdur" - Rəsmi Moskva

158986

"Moskva İrəvanın Roma Əsasnaməsinə (Statut) qoşulmasını tamamilə qeyri-dost addım hesab edir".

Bizim.Media xəbər verir ki, bunu bazar ertəsi Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin rbc.ru nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, mövzu ilə bağlı hər iki ölkə arasında heç bir dialoqa ehtiyac yoxdur. Diplomat qeyd edib ki, Rusiya Federasiyası Ermənistanın Roma Statutunu ratifikasiya etməkdən çəkinəcəyini gözləyirdi. 
O xatırladıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qaydaları imkan verir ki, Roma Əsasnaməsini imzalamayan ölkələr də onu ratifikasiya etmədən bu məhkəmənin xidmətlərinə müraciət edə bilər:

“Bu baxımdan Ermənistanın Rusiya Federasiyası ilə ikitərəfli saziş bağlamaq təklifini ciddiyə almaq lazım deyil".

Onun fikrincə, BCM-in ədalətlə heç bir əlaqəsi yoxdur:

"Bu, Qərbə zidd olan fiqurların cinayət təqiblərini yerinə yetirən siyasiləşmiş qərbyönlü strukturdur. Bu məhkəmə bir müddət əvvəl Rusiyanın ali rəhbərlərinin həbsinə də order verib. Onsuz da bu sərəncamlar hüquqi baxımdan tamamilə etibarsızdır”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin