Aleksanyan erməni revanşistlərinə: “Türklər ölkəmi sizdən azad etməlidir”

Hazırda oxunan: Aleksanyan erməni revanşistlərinə: “Türklər ölkəmi sizdən azad etməlidir”

158966

“Mən heç bir halda anti-erməni olan şeylər yazmıram. Sadəcə olaraq həqiqəti söyləməyə cəsarətim var. Boş söhbətlərdən iyrənirəm, vətənpərvərlik sousu altında səslənən absurdlardan iyrənirəm”.

Bizim.Media xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan öz Facebook səhifəsində yazıb.

“Sizin vətənpərvərliyinizdən ölkəmiz nə qazandı? Sözdə Türkiyəni qan çanağına çevirirsiniz, əslində isə sizin ulamağınızla ölkəmiz metr-metr dövlətçiliyini itirir... Ayılmaq əvəzinə, ağlınıza gələni danışırsınız. Üç ölkə ilə döyüşəcəksiniz? Əgər belədirsə, son müharibələr zamanı harada idiniz? Yoxsa sizin döyüşkənliyiniz ancaq həqiqəti deyən soydaşlarınıza hürməyə çatır?
Yalandan iyrənirəm. Tək məqsədləri öz fikirlərinə zidd danışanların ağzını bağlamaqdır. Sosial şəbəkələrdə özlərini vətənpərvər adlandıran klounlardan iyrənirəm. Sizin sayənizdə uşaqlarımızı itirdik, amma qanayan dişləriniz hələ də yeni qurbanlar tələb edir. Sakitləşməmiş nə qədər ermənini qurban verəcəksiniz? Siz bu ölkənin lənətisiniz...

P.S. Əgər bizi növbəti müharibəyə aparsanız, söz verirəm ki, bütün Facebook hesablarınızı toplayıb lazımi orqanlara təhvil verəcəyəm ki, ön cəbhədə olasınız.

Bəlkə o zaman türklər nəhayət sizi aradan götürüb ölkəmi sizdən azad edəcək. O zaman sizin əslində kim olduğunuzu anlayacağıq. Kağız filləri cıran qəhrəmanlarsınız”, – Natali Aleksanyan qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin