“Roma Statutunun ratifikasiyası Paşinyan hakimiyyətinin edə biləcəyi sonuncu xuliqanlıq idi. Bizim strateji müttəfiqimiz olmayan bir çox dövlətlər Roma Statutunu ratifikasiya etməkdən imtina edir, lakin Ermənistan bu addımı atıb. Nikol Paşinyan vəziyyəti gərginləşdirir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “hraparak”a açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov deyib.
Politoloq Ermənistanın bu qərarını təhlükəli addım kimi qiymətləndirib:
“Bu, Vladimir Putinə qarşı konkret addım idi. Sərhədlərinda atəş açılanda Nikol Paşinyan Putinə neçə dəfə zəng vurub kömək istədiyini yəqin unudub. Ermənistanda qazın kəsilməsinə gəlincə, mən belə söhbət eşitməmişəm.
Rusiya tərəfi Ermənistanın apardığı siyasətdən narazıdır, bunun münasibətlərimizə necə təsir edəcəyini deyə bilmərəm. Düşünmürəm ki, Rusiya belə bir addım atsın və Ermənistanı qaz təchizatından məhrum etsin.
Paşinyanın siyasəti nəticəsində Ermənistanın imici Rusiyada xeyli aşağı düşüb. Etiraf etməliyik ki, rus xalqı həmişə, hər zaman ermənilərə rəğbət bəsləyib. Son vaxtlar Rusiya tərəfi Qarabağ ermənilərinə rəsmi İrəvandan çox kömək edib. Ermənistanın Qarabağ erməniləri üçün heç nə etmədiyi bir vaxtda Rusiya addımlar atırdı”.
Bizim.Media
- A-
- A
- A+
Region
09:52 / 07.10.2023
“Deyəsən, Paşinyan Putinə neçə dəfə zəng edib, kömək istədiyini unudub” – Stanislav Tarasov
Hazırda oxunan: “Deyəsən, Paşinyan Putinə neçə dəfə zəng edib, kömək istədiyini unudub” – Stanislav Tarasov
Hazırda oxunan: “Deyəsən, Paşinyan Putinə neçə dəfə zəng edib, kömək istədiyini unudub” – Stanislav Tarasov
158715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.