İrəvan: “Ermənistan heç vaxt Rusiyadan dizelin və benzinin pulsuz verilməsini xahiş etməyib”

Hazırda oxunan: İrəvan: “Ermənistan heç vaxt Rusiyadan dizelin və benzinin pulsuz verilməsini xahiş etməyib”

158688

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Rusiyadan dizelin və benzinin pulsuz alınması ilə bağlı iddialara cavab verib. 

Bizim.Media xəbər verir ki, Ermənistan tərəfi iddiaları təkzib edib. 

"2013-cü ildə Rusiya və Ermənistan hökumətləri arasında təbii qaz, neft məhsulları və almazın tədarükü ilə bağlı əməkdaşlıq haqqında Saziş imzalandı. Sazişdə təbii qazın, neft məhsullarının Ermənistana ixracı üçün kvotalar təsdiq edilib. 2023-cü ilin oktyabrında benzin və dizel yanacağı üçün ayrılan kvota başa çatdı və Ermənistan tərəfi kvotanın artırılması ilə bağlı müraciət etdi.

Bu, qismən təmin edildi, nəticədə Ermənistan Rusiyadan 15 min ton neft 20 min ton dizel və benzin idxal edə bildi. ️Lakin Ermənistan heç vaxt Rusiyadan dizelin və ya benzinin pulsuz verilməsini xahiş etməyib", - deyə nazirliyin məlumatında qeyd edib. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin