“Mən dəfələrlə izah etmişəm ki, problem təkcə Moskvanın müttəfiqlik öhdəliklərini lazımınca yerinə yetirməməsində deyil, həm də düşmənlərimizin sayını artırmaqdadır".
Bizim.Media xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan öz Facebook səhifəsində yazıb.
“İndi biz elə bir vəziyyətdəyik ki, nəinki bütün fövqəldövlətlərlə, eyni zamanda peşəkar diplomatiyadan istifadə etməklə Ankara və Bakı ilə qarşılıqlı anlaşmaya çalışmalıyıq, çünki bizim münaqişəni davam etdirmək üçün heç bir resursumuz yoxdur.
Xalqı bir adamın (Paşinyanı nəzərdə tutur) dəliliyinə qurban vermək olmaz. Başa düşməmək üçün gərək tam axmaq olasan ki, Ermənistanın Türkiyəyə, hətta Azərbaycana müqavimət göstərə biləcək resursu yoxdur”, - deyə Arqişti Kiviryan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:50 / 05.10.2023
"Xalqı bir adamın dəliliyinə qurban vermək olmaz" - Erməni politoloq
Hazırda oxunan: "Xalqı bir adamın dəliliyinə qurban vermək olmaz" - Erməni politoloq
Hazırda oxunan: "Xalqı bir adamın dəliliyinə qurban vermək olmaz" - Erməni politoloq
158480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.