Rusiya erməni konyakını ölkəyə buraxmır - 60 avtomobil sərhəddə qalıb

Hazırda oxunan: Rusiya erməni konyakını ölkəyə buraxmır - 60 avtomobil sərhəddə qalıb

158473

Ermənistandan Gürcüstan üzərindən Rusiyaya yük daşıyan avtodaşıyıcılar Rusiya tərəfindən erməni konyakının keyfiyyət yoxlamasının sərtləşdirilməsi səbəbindən “Yuxarı Lars” keçid məntəqəsində çətinliklə üzləşiblər. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azadlıq” radiosu yayıb.

Ermənistanın Rusiyadakı səfirliyinin ticarət attaşesi Vaan Akopyan mövzu ilə bağlı bildirib ki, təqribən 60 avtomobil yoxlama üçün növbədədir.

“Bir neçə gün əvvəl nəzarət gücləndirilib. Əgər əvvəllər konkret ixracatçılar və ya idxalçılar yoxlanılırdısa, indi Ermənistandan gətirilən bütün konyaklar yoxlanılır”.
“The Moscow Times” yazır ki, konyak tədarükü ilə bağlı problemlərin mümkün səbəbi Ermənistanın Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən Roma Statutunu ratifikasiya etməsi ola bilər. 

Xatırladaq ki, mart ayında bu məhkəmə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin