Ermənistanda keçmiş general-mayorun həbs müddəti iki ay uzadılıb

Hazırda oxunan: Ermənistanda keçmiş general-mayorun həbs müddəti iki ay uzadılıb

158390

Ermənistan məhkəməsi ölkənin Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturovun həbs müddətini iki ay uzadıb. 

Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, Q.Xaçaturov keçmiş müdafiə naziri, parlamentin “Ayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və daha 11 nəfərin işində iştirak edir. 

Cinayət işi çərçivəsində keçmiş müdafiə nazirinə qarşı xüsusi külli miqdarda mənimsəmə və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin