Azərbaycan rəhbərliyi öz sözünün ağasıdır - Erməni politoloq

Hazırda oxunan: Azərbaycan rəhbərliyi öz sözünün ağasıdır - Erməni politoloq

158135

"Azərbaycan iki məsələni həll edib. Onlardan biri daxili məsələdir. Bu illər ərzində həmişə öz daxili siyasi meydanlarında bu adamları (Qarabağdakı rejimin "liderlərini" nəzərdə tutur) terrorçu elan ediblər və gec-tez həbs edərək Bakıya gətirəcəklərini bildiriblər. İndi idə deyirlər ki, baxın, biz bütün işlərdə sözümüzün ağasıyıq”.

Bizim.Media  xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan Ermənistan mətbuatına müsahibəsində hərbi cinayətkarlar Qaramyan, Mnatsakanyan, Babayan və Vardanyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanmasını şərh edərkən deyib.

“İkinci sual erməni seqmentinə yönəlib. Mən baş verən hər şeyi təbliğat gücü ilə təsvir edərdim”, - deyə Kiviryan bildirib.

“Ermənistan bir neçə müdafiə nazirinin işdən çıxarıldığı ölkədir. Onlardan biri Moskvada, digəri ABŞ-dadır. Yəqin onları ona görə tutmayıblar ki, bildikləri informasiyaları Moskvaya və Vaşinqtona ötürürlər. Bilirik ki, dünyada istənilən məlumatı əldə etmək mümkündür. Azərbaycanın həm Moskvadan, həm də Vaşinqtondan informasiya almasına heç nə mane olmur”, - deyə politoloq qeyd edib.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin