XİN başçısı: “Azərbaycan Ermənistanla sülh quruculuğunda maraqlıdır”

Hazırda oxunan: XİN başçısı: “Azərbaycan Ermənistanla sülh quruculuğunda maraqlıdır”

158033

Xəbər verdiyimiz kimi, bu gün xarici işlər naziri Ceyhun Bayramov Anqlikan Kilsəsinin dini rəhbəri, Kentenberi Arxiyepiskopu Castin Velbi ilə görüş keçirib. 

Bizim.Media xəbər verir ki, nazir Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin 30 ilə yaxın müddətdə regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində həyata keçirdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib.  

Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub. Genişmiqyaslı mina təhdidləri barədə məlumat verilib. 
Görüşdə, habelə hal-hazırda aparılan tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan intensiv işlər barədə məlumat qarşı tərəfin diqqətinə çatdırılıb. 

Nazir Ceyhun Bayramov Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlı olduğunu bildirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin