Xankəndi şəhərində tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ambulator xidmət göstərən poliklinika artıq fəaliyyətə başlayıb, ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası xidməti fəaliyyətini icra edir.
Poliklinikada ilkin cərrahi, kardioloji və terapevtik xidmətlərin göstərilməsi mümkündür.
2 oktyabr tarixində Xankəndi şəhərindəki poliklinikada tibb personalı tərəfindən ilk erməni sakini Vladimir Maytarçana zəruri tibbi xidmət göstərilib.
Bizim.Media