Erməni jurnalist Bella Lalayan Xankəndidəki anbarların ərzaqla dolu olmasını əks etdirən kadrları yayımlayıb və ləğv edilmiş xunta liderlərini ittiham edib ki, onlar Qarabağ ermənilərini alçaldıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində yazıb.
“Əxlaqsızlar. Mən bilmirəm sizə nə ad verim. Qarabağ ermənilərinə verdiyiniz əzablı günlərə və cəhənnəmə görə əvəzini ödəyəcəksiniz. Canavarlar! Benzin çənini partladan siz deyildiniz??? Qarabağı yeyən adamyeyənlər! Ürəyimi soyutmaq üçün nə deyəcəyimi bilmirəm”, - deyə Bella Lalayan qeyd edib.
Yeri gəlmişkən, bu paylaşım Azərbaycanın Qarabağ bölgəsində heç bir “blokada”nın olmadığını, separatçıların Azərbaycana böhtan atmaq və ləkələmək üçün qəsdən “aclıq” haqqında yalan danışdıqlarını bir daha nümayiş etdirir.
Bizim.Media