İstanbuldan olan erməni həkim Sevan Sıvaçıoğlu, Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayı zamanı partiyanın icraiyyə komitəsinin üzvü oldu.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
AKP-nin 7-ci qurultayı keçirilir - CANLI
Qeyd edək ki, Sevan Sıvaçıoğlu 1993-1999-cu illərdə İstanbul Tibb Fakültəsində təhsil alıb.
1999-2004 illərdə İstanbul Tibb Fakültəsi “Ortopediya və Travmatologiya Cərrahi İxtisas Proqramı”nda yer alıb. “Erməni” Xəstəxənası ve “Acıbadem” tibb müəssisəsində çalışıb.
Bizim.Media