Ermənistanın müdafiə nazirinin eks müavini Nikol Paşinyanı yalançılıqda günahlandırıb.
Bizim.Media erməni saytlarına istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirinin eks müavini Artak Zakaryan “Facebook” səhifəsində yazıb ki, Paşinyan parlamentdə Rusiyadan Su-30 qırıcılarının 2020-ci ilin may ayında idxal edildiyi bildirib.
MÖVZU İLƏ BAĞLI:
Erməni müxalifəti İrəvanda çadırları sökdü – Paşinyanı devirə bilmədilər - VİDEO
“Lakin görüntülü sübutlar da var ki, həmin qırıcılar Ermənistana 2019-cu ilin sonunda gətirilib.
Yəni müharibəyə qədər Paşinyanın 9 ay vaxtı olub ki, həmin təyyarələr üçün raketlər alsın. Amma Paşinyan bunu etmədi”.
Zakaryanın sözlərinə görə, hazırda Paşinyan raketləri almadığını zaman qıtlığı ilə əlaqələndirib özünə bəraət qazandırmağa çalışır. Halbuki onun kifayət qədər vaxtı olub.
Bizim.Media