Qarabağ erməniləri Azərbaycanın müvafiq dövlət qurumlarına təşəkkür etdilər

Hazırda oxunan: Qarabağ erməniləri Azərbaycanın müvafiq dövlət qurumlarına təşəkkür etdilər

157611

Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə görə təşəkkür ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından verilən məlumatda qeyd olunub.

"Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər", - məlumatda vurğulanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin