Erməni bloger: “Arşavirin oğlu Qarabağın kasıb uşaqlarını döyürdü”

Hazırda oxunan: Erməni bloger: “Arşavirin oğlu Qarabağın kasıb uşaqlarını döyürdü”

157580

Erməni bloger Roman Baqdasaryan hərbi cinayətkarlar Levon Mnatsakanyan və Arşavir Qaramyanın Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılması ilə bağlı məlumatı şərh edib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində yazıb.

“35 il ərzində Arşavir Qaramyan və Levon Mnatsakanyan Ermənistan dövlətinə və xalqına zərbələr endiriblər.

Onlar erməni xalqının düşmənidirlər! Levon Mnatsakanyanın dövründə Ermənistandan gələn əsgərlər Qarabağ məmurlarının və generallarının saraylarını tikmək üçün qul kimi istifadə olunurdu. Hər ikisi dövlətin pulunu oğurlayıb.

Onların şöbələrində ölü ruhlar okeanı var idi. Arşo bacı (Arşavir Qaramyan) Kəlbəcərdə su elektrik stansiyaları tikdirmişdi və müharibədən sonra onları gizli şəkildə almağa hazırlaşırdı.
Arşonun oğlu mütəmadi olaraq Qarabağın kasıb uşaqlarını döyürdü. 2018-ci ildə ona qarşı cinayət işi açılıb. Hər ikisinin Ermənistanda onlarla obyekti var. Onlar rus agentidir və erməni dövlətçiliyinə qarşı işləyiblər. Onlardan birinin milyarder olan ikinci arvadı var” – deyə, bloqqer yazır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin