Təslim olmayacağını deyən erməni komandir Qarabağdan QAÇDI 

Hazırda oxunan: Təslim olmayacağını deyən erməni komandir Qarabağdan QAÇDI 

157395

19-20 sentyabr tarixli antiterror tədbirlərindən sonra silahı yerə qoymacağını, təslim olmayacağını bildirən Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birinin komandiri Karen Calavyan bu gün Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana qaçıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. 

Onun artıq Ermənistanda olduğu bildirilib. Gorusda erməni polislərdən biri Karen Calavyanla çəkdirdiyi təzə fotosunu da dərc edib. 

Calavyanın sərhədi necə keçdiyi barədə məlumat verilməyib. 

Xatırladaq ki, Karen Calavyan Azərbaycana təslim olmayacağı və əsgərləri ilə sona qədər döyüşəcəyi barədə xəbərlər yaymışdı. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin