Ermənistanda GƏRGİNLİK ARTIR – “Yerlilərlə Qarabağdan gələnlərin TOQQUŞMASI BAŞLAYACAQ”

Hazırda oxunan: Ermənistanda GƏRGİNLİK ARTIR – “Yerlilərlə Qarabağdan gələnlərin TOQQUŞMASI BAŞLAYACAQ”

157389

Qarabağdan Ermənistanın paytaxtı İrəvana köç edən ermənilərlə yerli əhali arasında ilk qarşıdurmalar yaranmağa başlayır. Ermənistan mətbuatı yazır ki, Qarabağdan gələnlər, yerliləri xəyanətdə ittiham etməklə kifayətlənmir, üstəlik bəzi evlərə də hücum edərək sakinlərə qorxu yaşadırlar.

Onlar daha irəli gedərək, Paşinyan və Ermənistan ordusu haqqında təhqirlər səsləndirirlər, bəziləri isə açıq şəkildə söyüş söyür. Yerli mətbuatın yazdığına görə, vəziyyət günü-gündən daha kəskin xarakter alır və hökumət müdaxilə etməsə, bu çox ciddi qarşıdurmalarla nəticələnəcək.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Fazil Mustafa yaxın vaxtlarda hər iki tərəf arasında daha ciddi qarşıdurmaların baş verəcəyini bildirib.

Onun sözlərinə görə, artıq bunun bəzi elementləri özünü göstərməyə başlayıb:

“Çünki, Qarabağdan gedənlər İrəvan əhalisi üçün çox ciddi problemlər yaradırlar. Bu da sübut edir ki, artıq onlar məğlubiyyətin ab-havasını yaşayırlar ki, bu da sonda onların arasında ciddi fəlakətlərlə nəticələnəcək və uzun illər “Günahkar kimdir?” – sualına cavab axtarmağa başlayacaqlar.

Məğlubiyyətin əsl fəlsəfəsi də elə budur. Bir sözlə, həm Ermənistan, həm də Qarabağ əhalisi bir-birinə qarşı kin-nifrət bəsləyərək yaşamağa məhkum olacaq. Əslində onların bir-biri ilə məşğul olması bizə sərf edir. Ona görə ki, biz artıq Qarabağda quruculuq işlərinə başlayırıq”.

Müsahibimiz qeyd edib ki, son 200 ildə ermənilər yaratdıqları  Türkdən başqa düşmənimiz yoxdur” şüarı ilə yaşadıqları üçün bu gün belə problemlərlə üz-üzə qalıblar:

“Ancaq son baş verənlərin mahiyyəti sübut etdi ki, əslində, erməninin ermənidən başqa düşməni yoxdur. Yəni, bir erməni səfeh və heç nəyə yaramayan ideya və hədəf ortaya qoyur, xalqı bu hədəfə doğru yönləndirir.

Xalq da bu ideya uğrunda özünü uçurumdan aşağı atır, sonra bütün günahı kiminsə üzərinə atır. Halbuki, öz tarixlərini diqqətlə oxusalar, əslində bir-birləri üçün yaratdıqları problemlərin acı nəticəsini yaşadıqlarını görərlər”.

Deputatın fikrincə, bu, Azərbaycan xalqı üçün uyğun olsa da, erməni xalqı üçün böyük bir faciədir:

“Erməninin erməniyə qarşı düşmənçiliyi türkə və ya azərbaycanlıya olan düşmənçiliyini unutduracaq. Son günlər müşahidə etdiyimiz bir məsələ odur ki, Qarabağı tərk edənlərin çoxu əvvəllər Bakıda yaşadıqlarını söyləyir.

30 ildən sonra bu dəfə Qarabağdan gedirlər. Ona görə ki, bu illər ərzində xoşbəxt olmaq istədilər, ancaq ola bilmədilər. Bu xalq köç etməyi sevir. Onlar hələ də anlamaq istəmir ki, bir yerdə qərar tutub yaşamaq üçün ləyaqətli olmaq, o yerin insanlarına hörmət göstərmək, düşmənçiliyi dayandırmaq lazımdır.

Ancaq dünyanın ayrı-ayrı nöqtələrinə köç etdikdən və həyatın problemlərilə üz-üzə qaldıqdan sonra nə qədər böyük səhvə yol verdiklərini, bizə qarşı nifrətləri ilə əslində özlərinə ziyan vurduqlarını anlayacaqlar”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin