France24.com saytı Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı maraqlı detallara toxunub. Söhbət Şurnux kəndindən gedir. Bu kənd Sünik rayonuna (tarixi Zəngəzur) aiddir.
Hazırda bu kənddə tikilmiş 12 evi ermənilər tərk etməli olublar. Çünki həmin evlər Azərbaycan ərazisinə düşür. Ermənistan hökuməti evini itirənlər üçün yeni ev tikir. Tərk edilmiş həmin evlərin ərazisi Qubadlı rayonuna daxil edilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan hərbçiləri Qafan şəhərinə daxil olub? – Zəngəzurda hamı bu xəbərdən danışır
Ermənilər deyir ki, Azərbaycan tərəfi delimitasiya üçün ən müasir texnologiyalardan istifadə edir. Nəticədə biz 30 il yaşadığımız yerlərdən çıxmalı oluruq. Çünki Sovetlər dönəmində sərhəd xətti elə çəkilib.
Bir erməni gileylənir ki, əvvəllər azərbaycanlılar on kilometrlərlə uzaqda idi. İndi isə gözümüzün qabağında əlisilahlı gəzirlər. Düşmənlə üz-üzə qalmışıq. Yaxşı ki, ruslar buradadırlar. Bu işin sonrası necə olacaq, bunu kimsə bilmir.
“Delimitasiyadan sonra mənim evim Ermənistan ərazisinə düşüb, tövləm isə Azərbaycan tərəfdədir”, bir erməni belə deyir.
Məqalədə qeyd olunur ki, Azərbaycan və Ermənistan hərbçiləri hər iki tərəfdə öz bayraqların qaldırıblar və bir birinə nifrətlə baxırlar. Onların arasında isə az sayda Rusiya sülhməramlıları var.
Ermənilərdən biri söyləyib ki, bir də görürsən ki, bir donuz bizim ərazidən Azərbaycan ərazisinə keçir. Onda Azərbaycan sərhədçiləri icazə verirlər ki, kəndli gedib öz donuzunu geri gətirsin. (Musavat.com)
Bizim.Media