"Laçın" sərhəd-buraxılış məntəqəsində azərbaycanlı jurnalistlə Qarabağı tərk edən yaşlı erməni arasında səmimi dialoq baş tutub.
Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, jurnalist erməniyə "Yəni demək istəyirsiniz ki, azərbaycanlılarla çiyin-çiyinə yaşamaq istəyirsiniz?" sualını verib.
O isə "Allaha and olsun, bəli" cavabını verib.
"Azərbaycanlıları sevirsən?" sualına erməninin cavabı daha səmimi olub: "Bəli, mən Azərbaycan xalqını həqiqətən sevirəm. Ermənilər xalq deyil".
Bizim.Media