Rusiyalı səfir Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı - SƏBƏB 

Hazırda oxunan: Rusiyalı səfir Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı - SƏBƏB 

15646

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov İdlib deskalasiya zonasında vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Türkiyə Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı səfir: “BMT-nin Qarabağda olması nəzərdən keçirilir“


Türkiyə Müdafiə Nazirliyi Suriya ordusunu bazar günü İdlib deskalasiya bölgəsində, rəsmi Dəməşq tərəfindən nəzarət edilməyən ərazilərdə bir xəstəxananın atəşə tutulması nəticəsində beş mülki vətəndaşın ölümündə, habelə yaşayış sahəsinə və bir dayanacağa edilən hücumda günahlandırıb.

Bu ərazidə yeddi nəfərin yaralandığı deyilir.

Nəşrin yazdığına görə, Yerxov Xarici İşlər Nazirliyinə çağırılıb və onun diqqətinə çatdırılıb ki, İdlib deskalasiya zonasında mülki şəxslərə edilən hücumlara görə təhlükəsizlik problemi yaranıb.

Türkiyə Xarici İşlər Nazirliyi və Rusiyanın Ankaradakı səfirliyi Rusiya səfirinin XİN-ə çağırılması xəbərini hələ təsdiqləməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin