Orxan Amaşov: "Ermənilərin bir hissəsi Qarabağı tərk edəcək" - VİDEO

Hazırda oxunan: Orxan Amaşov: "Ermənilərin bir hissəsi Qarabağı tərk edəcək" - VİDEO

156360

“Ermənilərin bir hissəsi Azərbaycanın Qarabağ bölgəsini tərk edəcək, qalanları isə ləyaqətlə yaşayacaq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri caliber.az-ın siyasi şərhçisi Orxan Amaşov "Əl-Cəzirə" telekanalında səsləndirib.

“İlk növbədə qeyd edim ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-20-də 24 saatdan az müddətdə regionda həyata keçirilən lokal antiterror tədbirlərinin məqsədi Qarabağda boz zonanın ləğvi olub. O ərazidə separatçı xunta və qeyri-qanuni erməni silahlı dəstələri yerləşdirilmişdi. Nəticədə əsas məqsədə nail olundu.

Atəşkəsin şərtlərinə əsasən, Ermənistan Silahlı Qüvvələrinin bütün birləşmələri və qanunsuz erməni silahlı birləşmələri tamamilə tərksilah ediləcək və Azərbaycandan çıxarılacaq. Faktiki olaraq separatçı xunta indi buraxılıb. 

Bu gün isə Yevlaxda Azərbaycan Konstitusiyası çərçivəsində Qarabağ ermənilərinin nümayəndələri arasında tarixi görüş keçirilib.

Antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası və Azərbaycanla Ermənistan arasında çoxdan gözlənilən sülh müqaviləsinin bağlanması üçün münbit şərait yaradılıb,  çünki bu prosesə əsas maneə məhz separatçı qurumun və qeyri-qanuni erməni birləşmələrinin mövcudluğu idi. Artıq bu maneə aradan qaldırılıb.

Qarabağın erməni sakinlərinə gəldikdə isə, onların hüquqlarının təmin ediləcəyinə inanmaq üçün kifayət qədər əsasım var. Azərbaycan onların ləyaqətli yaşaması, mədəni, iqtisadi, dini və bələdiyyə hüquqlarına hörmət edilməsi üçün bütün tədbirləri görür və görəcək.
Azərbaycan onları öz vətəndaşı hesab edir və onların vətəndaşlıq almasına imkan verən prosedur həyata keçiriləcək. Ümid edirəm ki, Qarabağda yaşayan sadə ermənilərin əksəriyyəti Azərbaycan vətəndaşı olaraq qalacaq. Bəzilərinin getməyini istisna etmirəm. Bu, seçim məsələsidir".

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin