Ermənistan və Rusiya müdafiə nazirliklərinin rəhbərləri Vaqarşak Arutyunyan və Sergey Şoyqu çərşənbə axşamı günü telefon danışıqlarında Ermənistanın Zəngəzur mahalında (Sünik vilayəti) həyata keçirilən təhlükəsizlik tədbirlərini müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ ətrafında yeni oyunçular peyda olmaqdadır” - Sergey Şoyqu
Ermənistan ordusunda aparılan genişmiqyaslı islahatların əsas istiqamətləri, Ermənistan-Rusiya əməkdaşlığı, xüsusən Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyası tərəflər arasında əsas müzakirə predmeti olub.
Vaqarşak Arutyunyan və Sergey Şoyqu bölgədəki hərbi-siyasi vəziyyətdən də söz açıblar.
Bizim.Media