“Qarabağ erməniləri artıq rahat nəfəs alırlar” – Elman Nəsirov 

Hazırda oxunan: “Qarabağ erməniləri artıq rahat nəfəs alırlar” – Elman Nəsirov 

156340

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri bölgədə yeni situasiya yaradıb. Onun nəticəsidir ki, Qarabağdakı terrorçu xunta artıq təslim olaraq silahları təhvil verməyə başlayıblar.

Ardınca da, bu gün Yevlaxda Qarabağdan olan nümayəndələrlə görüş təşkil edildi. İndi cəmiyyətimizi maraqlandıran suallardan biri sonrakı mərhələdə Qarabağda nələrin baş verəcəyilə bağlıdır.

Bundan sonra həmin ərazidə proseslər hansı istiqamətdə cərəyan edəcək? Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərini nə gözləyir?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, sonrakı mərhələdə Azərbaycanın atacağı ilk addım erməni silahlı dəstələrinin tərksilah edilməsi və onların ölkəmizin ərazisini tərk etmələri olacaq:

“Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri başa çatıb. Artıq bundan sonra qarşıda dayanan məsələlər də bəllidir.

Bu ilk növbədə erməni silahlı qüvvələrinin silahları təhvil verməsi, tərksilah olunması, Azərbaycan ərazilərini tərk etmələrilə bağlı məsələlərdir. Həmçinin, bu qeyri-qanuni silahlı dəstələrin özünü buraxması ilə bağlı məsələlərdir.
Onlar da silah-sursatı, texnikaları təhvil verilməlidir. Bunlar artıq cari məsələlərdir ki, reallaşması istiqamətində işlərə başlanılıb”.

Deputat qeyd edir ki, Azərbaycan üçün əsas həlledici məsələ heç şübhəsiz Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı məsələdir:

“Bu istiqamətdə də artıq işlərə başlanılıb. Yevlaxda çoxdan gözlənilən görüş baş tutdu. Belə görüşün reallaşmasına terrorçu xunta rejimi maneə olurdu. Qarabağ erməniləri də məhz bu xunta rejiminin girovuna çevrilmişdi.

İndi artıq azaddırlar, rahat nəfəs alırlar. Yevlax görüşündə hansı məslələrin müzakirə edildiyinə də cavab vermək mümkündür. Dünən ölkə Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd edib ki, Yevlax görüşündə reinteqrasiya məsələləri müzakirə olunacaq.

O bir qədər də konkretləşdirərək, söylədi ki, ilk növbədə Qarabağ ermənilərinin təhsil, mədəni, din, seçki və digər məsələlərlə bağlı hüquq və öhdəlikləri müzakirə olunacaq. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir.
Dövlətimizin tərkibində bütün etnoslar eyni, bərabər hüquqlara malikdir və eyni öhdəlikləri daşıyırlar. Qarabağ ermənilərinə münasibətdə də eyni addım atılacaq. Hesab edirəm, ermənilər də gözəl bilir ki, Azərbaycan Prezidentinin sözü imzası qədər dəyərə malikdir”.

Rüfət Sultan,Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin