Rusiya tərəfi Ermənistana NOTA verdi 

Hazırda oxunan: Rusiya tərəfi Ermənistana NOTA verdi 

156044

Xəbər verdiyimiz kimi İrəvanda baş qaldıran etirazlar fonunda aksiya iştirakçıları Rusiyanın Ermənistandakı səfirlik binasına giriş və çıxışı bağlayıblar. 

Bizim.Media xəbər verir ki, diplomatik nümayəndəlik tədbir görmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Rusiyanın İrəvandakı səfirliyi önündə ölkə əleyhinə şüarlar SƏSLƏNDİRİRLƏR - VİDEO 


"Rusiyanın Ermənistandakı səfirliyinin binası yaxınlığında etiraz aksiyası keçirmək üçün yayılan çağırışlara diqqət yetirdik. Çağırışlardan sonra diplomatik nümayəndəlik əvvəlcə qismən, daha sonra isə tamamilə bağlandı.  

Normal fəaliyyət hələ də qeyri-mümkün olaraq qalır. Səfirlik əməkdaşları binada qalıblar.

Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərə uyğun olaraq səfirliyin normal fəaliyyətini bərpa etmək üçün tədbirlər görmək məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərilib”, - deyə məlumatda qeyd olunub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin