İtkin düşən müqaviləli erməni hərbi qulluqçulardan birinin həyatını xilas etmək mümkün olmayıb, digərinin vəziyyəti ağırdır.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
“Artıq xəbər verdiyimiz kimi, güclü qar fırtınası şəraitində Cermukda N hərbi hissədə bir postdan digərinə gedərkən müqaviləli hərbi qulluqçular K.Şahnazaryan və A.S.Ovannisyanla əlaqə kəsilib. Elə həmin gün geniş miqyaslı axtarış və xilasetmə əməliyyatları başlanıb.
MÖVZU İLƏ BAĞLI:
“1600 erməni hərbçisi hələ də itkindir” - Ermənistan rəsmisindən etiraf
Martın 22-də günortadan sonra hərbçilərin yerini müəyyənləşdirmək mümkün olub. Onların evakuasiyası üçün bütün lazımi tədbirlər görülüb.
Son dərəcə çətin hava şəraitində evakuasiya işləri aparıldıqdan sonra K.Şahnazaryan hərbi xəstəxanaya aparılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir. Təəssüf ki, A.Ovannisyanın həyatını xilas etmək mümkün olmayıb”. Mesajda belədeyilir.
Hərbi polis hadisənin şərtlərini aydınlaşdırmaq üçün materiallar hazırlayır.
Bizim.Media