“İran Zəngəzur dəhlizinə qarşı çıxır” - Türkiyə mətbuatı

Hazırda oxunan: “İran Zəngəzur dəhlizinə qarşı çıxır” - Türkiyə mətbuatı

155900

“İran Türkiyə və Azərbaycan güclənməsin deyə Zəngəzur dəhlizinə qarşı çıxır. Bu gün İran bölgədə Türkiyəyə qarşı bir çox fəaliyyətin arxasında dayanır. Öz rejimini, maraqlarını sırımaq üçün nə lazımdırsa edir”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Aksam” qəzeti yazıb.

“Biz bunu Azərbaycanda görürük. İran ermənilərlə əməkdaşlıq edir. Onların arxasında durur. İran ermənilərə dəstək verir, maneə ardınca maneə yaradır. İran Suriyadan Türkiyəyə gələn təhlükəyə qarşı duracağını istehza ilə iddia edir. Təbii ki, mümkün deyil” - deyə nəşr yazır.
Məqalədə Rusiyanın da fəaliyyətinə toxunulub. Bildirilib ki, Rusiya Suriya rejiminin qoruyucusudur: "Suriyanın şimalında terrora qarşı 30 kilometrlik təhlükəsizlik kəməri quracağına söz verib, sonra bunun qarşısını almaq üçün əlindən gələni etdi. YPG və PKK ilə də təmasdadır. Onlara güvənmək mümkün deyil”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin