Əli Nağıyev: “İrəvan məzar yerlərinin məlumatlarını verməklə, axtarışları sürətləndirə bilər”

Hazırda oxunan: Əli Nağıyev: “İrəvan məzar yerlərinin məlumatlarını verməklə, axtarışları sürətləndirə bilər”

155844

“Ermənistan qeyri-konstruktiv və humanizmə zidd addımlarından əl çəkməklə, dəqiq mina xəritələrini və məzar yerləri barədə məlumatları təqdim edəcəyi təqdirdə taleyi qeyri-müəyyən olan itkin düşmüş vətəndaşlarımızın axtarışı prosesinin daha sürətlə aparıla biləcək”.  

Bizim.Media xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. 

O, rəsmi İrəvanı bu məsələdə əməkdaşlığa səy göstərməyə çağırıb və bildirib ki, Ermənistanın bu humanitar missiyanın həyata keçirilməsində edəcəyi yardım hər iki tərəfdən itkin düşmüş şəxslərin tez bir zamanda müəyyənləşdirilməsinə və xeyli müddətdir davam edən humanitar böhranın aradan qaldırılmasına səbəb olardı. 
Bəzi erməni ideoloqların azərbaycanlılarla ermənilərin birgə yaşamasının qeyri-mümkünlüyünə dair fikirlərinə də münasibət bildirən Komissiya sədri monoetnik Ermənistandan fərqli olaraq çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda bütün xalqların nümayəndələri ilə yanaşı, ermənilərin də daim sülh və rifah içində yaşadıqlarını nəzərə çatdırıb, ölkəmizin erməni əhalisini azərbaycanlılarla birgəyaşayış mühitini formalaşdırmağa dəvət edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin