Ermənistanın İstintaq Komitəsi İrəvan meri seçkilərində pozuntularla bağlı 8 cinayət işi açıb.
Bizim.Media bu barədə erməni mətbuatına istinadən xəbər verir.
Komitədən verilən məlumata görə, bütün qanun pozuntuları seçkiqabağı təşviqat dövründə - avqustun 23-dən sentyabrın 15-dək daxil olmaqla qeydə alınıb.
Söhbət seçkiqabağı təşviqatda iştiraka məcbur etmə, təşviqatın əmlakına zərər vurma, seçki mitinqində iştiraka məcbur etmə, o cümlədən xuliqanlıq və ya zor tətbiq etmə kimi pozuntulardan gedir.
Səsvermə günü iddia edilən pozuntularla bağlı daha iki məlumat daxil olub, lakin İstintaq Komitəsi onlar üzrə cinayət işinin başlanmamasına qərar verib.
Xatırladaq ki, sentyabrın 17-də Ermənistan paytaxtında Ağsaqqallar Şurasına (paytaxt meriyası-red) seçkilər keçirilib və bundan sonra mer seçilməlidir.
Proses seçici passivliyi ilə başa çatıb. Belə ki, seçkilərdə seçicilərin cəmi 28,46 faizi iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Region
23:21 / 17.09.2023
Ermənistanda seçki pozuntusu faktları üzrə 8 cinayət işi açıldı
Hazırda oxunan: Ermənistanda seçki pozuntusu faktları üzrə 8 cinayət işi açıldı
Hazırda oxunan: Ermənistanda seçki pozuntusu faktları üzrə 8 cinayət işi açıldı
155668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.