Türkiyə Silahlı Qüvvələrinin və Suriya Milli Ordusunun birgə həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatlarının aparıldığı bölgədə son üç gün ərzində 35 terrorçu zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
20 PKK/YPG terrorçusu məhv edildi
Həmin şəxslərin əməliyyatların keçirildiyi bölgədə terror aktı planlaşdırdıqları müəyyən olunub.
Türkiyə Silahlı Qüvvələrinin bölgədə fəaliyyəti davam edir. Bu günə kimi həmin bölgədə zərərsizləşdirilən terrorçu sayı 700 –ü keçib.
Bizim.Media