Korotçenko: “İlham Əliyevlə Paşinyan arasında heyrətamiz fərq var”

Hazırda oxunan: Korotçenko: “İlham Əliyevlə Paşinyan arasında heyrətamiz fərq var”

155584

İlham Əliyevlə Nikol Paşinyan və Azərbaycanla Ermənistan arasında necə də heyrətamiz fərq var.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı siyasi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Facebook səhifəsində yazıb.

“İlham Əliyev görkəmli siyasətçi və dövlət xadimidir, İkinci Qarabağ müharibəsində qələbə (44 gündə!) qazanıb, postsovet məkanında ən yaxşı ordulardan birinə sahibdir, ölkəsində güclü, vahid cəmiyyət formalaşıb, hakimiyyətin effektiv siyasi modelini yaradıb, hər il Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir.

Nikol Paşinyan isə kapitulyatordur, 10 min fərarisi olan orduya sahibdir, “rəngli inqilab” vasitəsilə hakimiyyətə gətirilən ortabab şəxsiyyətdir, cəmiyyəti parçalanıb, hakimiyyətin səmərəsiz və alçaldıcı modelini yaradıb, gələcəyi olmayan ölkəsi Qərbin vassalına  çevrilib,  əhalisi kütləvi şəkildə daha çiçəklənən ölkələrə miqrasiya edir”, - deyə ekspert qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin