Paşinyan Putinə yazdığı məktubun məzmununu AÇIQLADI

Hazırda oxunan: Paşinyan Putinə yazdığı məktubun məzmununu AÇIQLADI

155573

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubda Ermənistan tərəfinin mövcud vəziyyətlə bağlı qiymətləndirməsini təqdim edib. 

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, Paşinyan bunu İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səs verdikdən sonra jurnalistlərlə söhbətində deyib.

“Rusiya prezidentinə ünvanladığım məktubda mən telefon danışıqlarımız zamanı bu il yeddi-səkkiz dəfə danışdıqlarımı təqdim etdim”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, ictimai bəyanatlar rəsmi danışıqların mahiyyətindən çox da fərqlənmir.

Paşinyan Ermənistan səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasını və ona verilən etiraz notasını “iş prosesi” adlandırıb. O, Rusiya liderinin qiymətləndirməsinə toxunaraq, Putinin Ermənistanla və Ermənistanın baş naziri ilə heç bir problem olmadığı barədə sözlərini xatırladıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Vladivostok şəhərində keçirilən tədbirdə Paşinyanın ona mövcud vəziyyətlə bağlı ətraflı məktub göndərdiyini bildirib. O, Ermənistanın baş naziri ilə daimi əlaqədə olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin