Ermənistanın baş naziri Nikol Paşinyan yeni ordu rəisi Artak Davtyanı orduya təqdim edib.
Bizim.Media “Sputnik armenia”ya istinadən xəbər verir, təqdimat zamanı Paşinyan deyib ki, onun istefasını tələb etmək üçün aksiyalara qoşulan hərbçilərə qarşı kin saxlamır.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan ordusunu Qarabağdan çıxarmağa başladı
Lakin baş nazir onlardan gələcəkdə tam siyasi bitərəfliklərinin qorunmasını tələb edib. Paşinyan Davtyana böyük ümid bəslədyini və onun əhalinin orduya yenidən inamını qaytaracağına inandığını deyib.
Baş nazir bütün vəziyyətlərdə ordunun ümumiyyətlə, siyasi proseslərə qarışmamağa və bitərəf mövqe nümayiş etdirməyə çağırıb:
"Hamıya məlumdur ki, Davtyan xidmətlə heç bir əlaqəsi olmayan bir səbəbdən Baş Qərargah rəisi vəzifəsini istefa verib. Qeyd etmək lazımdır ki, bu müddət ərzində biz daim əlaqədə idik və hakimiyyət onun xidmətlərindən mütləq yararlanmalı idi”.
Müharibə zamanı Paşinyan onu bölgənin özünümüdafiəsinin təşkili üçün Syunikə də dəvət etmişdi.
Qeyd edək ki, Artak Davtyan 2018-ci ildən 2020-ci il 8 iyuna qədər Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsini tutub.
O, karantin zamanı oğluna təntənəli şəkildə toy etdiyi üçün işdən çıxarılıb.
Vüsalə Balayeva, Bizim.Media