Ermənilər Azərbaycanla sərhəddə tikilən zavodu başqa yerə KÖÇÜRÜR

Hazırda oxunan: Ermənilər Azərbaycanla sərhəddə tikilən zavodu başqa yerə KÖÇÜRÜR

155099

Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Arazdəyən yaşayış məskənində tikilməkdə olan metallurgiya zavodu başqa yerə köçürülür.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.

Mənbə yazır ki, ən çox ehtimal olunan seçim Ararat şəhərinə bitişik ərazidir. Zavod rəhbərliyi məlumatı Ermənistan KİV-nə  şərh etməkdən imtina edib.

Eyni zamanda, Avropa İttifaqının Ermənistandakı mülki missiyası X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində zavodun başqa yerə köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan hökuməti Ermənistandan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Arazdəyəndə iri metallurgiya zavodunun tikintisini dayandırmağı tələb edib. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bununla bağlı Ermənistanın ətraf mühiti nazirinə müvafiq məktub ünvanlayıb.
 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin