“Paşinyan psixopatdır, onun müalicəyə ehtiyacı var” - Ayrapetyan

Hazırda oxunan: “Paşinyan psixopatdır, onun müalicəyə ehtiyacı var” - Ayrapetyan

15509

“Bu insan Şuşa və Qarabağa nifrət edir və o qədər məlumatsızdır ki, Şuşaya hansı investisiyaların qoyulduğunu bilmir”.  

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Ruben Ayrapetyan “Armenian News-NEWS.am” saytına verdiyi müsahibəsində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Baş Qərargah qalmaqalına son qoydu – “Artak Davtyan qanunla rəis sayılır”


O, baş nazirin “Şuşaya indiyə qədər heç bir sərmayə qoyulmayıb, yalnız bir oliqarx ev tikdirib, sonra isə aldadılıb” fikirlərini şərh edərkən bildirib ki, Nikol Paşinyan psixopatdır və onun müalicəyə ehtiyacı var.

"Konstantin Manukyan, Sarkisov qardaşları, Rusiyadan olan Karo Şuşaya sərmayə qoyaraq muzey tikdirib. Bundan başqa Samvel Karapetyan ora maliyyə ayırıb.

Şuşanın bələdiyyə başçısı ora hansı investisiyaların qoyduğunu və bunların hamısının xaricdə yaşayan ermənilər olduğunu daha yaxşı izah edəcək. Paşinyan niyə insanları alçaldır?

Ümumiyyətlə, o, bilir ki, Şuşada məktəblər və uşaq bağçaları, oyun meydançalarında birini özüm tikdirmişəm, idman məktəbi qurmuşam.

Paşinyan kəndlərə gedir, kasıb insanları aldadır və Qarabağa sadiq insanları bir daha lağa qoyur”, - deyə Ermənistanın Futbol Federasiyasının keçmiş sədri bildirib. 

Sonda Ayrapetyan qeyd edib ki, Şuşa və Qarabağ onun üçün Baden-Badendən və Yunan adalarından da gözəl idi.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin