Paşinyan Ermənistanın Rusiyadan üz döndərdiyini rəsmən ELAN ETDİ

Hazırda oxunan: Paşinyan Ermənistanın Rusiyadan üz döndərdiyini rəsmən ELAN ETDİ

155013

"Rusiyanın Ukraynaya qarşı müharibəsi o deməkdir ki, Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, Ermənistan öz təhlükəsizliyinə zəmanət vermək üçün artıq Moskvaya arxalana bilməz".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın "politico.eu" nəşrinə müsahibəsində bildirib.

“Ukraynadakı hadisələr nəticəsində Rusiyanın imkanları dəyişdi”, - deyən Paşinyan etiraf edib ki, Moskva Kreml üçün strateji əhəmiyyəti artan Azərbaycan və onun yaxın müttəfiqi Türkiyəni özündən uzaqlaşdırmaqdan çəkinir.

"Bizim strategiyamız bu vəziyyətdə başqalarından asılılığımızı mümkün qədər azaltmaqdır. Biz müstəqil, suveren ölkəyə malik olmaq istəyirik, lakin Qərblə Şərq, Şimalla Cənub arasında toqquşmaların mərkəzində olmaq istəmirik", - deyə o vurğulayıb.

O, iddia edib ki, hər dəfə münaqişə başlayanda böyük müdafiəçiyə - Rusiyaya müraciət etmək sadəcə düzgün deyil.

Nəşr qeyd edib ki, Paşinyanın qeyri-adi sərt tənqidi Rusiyanın Qafqazda polis kimi fəaliyyət göstərməməsindən xəbər verir. Belə hiss yaranır ki, Kreml bir vaxtlar özünün dayaq nöqtəsi hesab etdiyi keçmiş sovet respublikalarında nüfuzunu və super dövlət statusunu itirir.

İrəvandakı məyusluq SSRİ-nin dağılmasından sonra dəmir yollarına, enerji sektoruna və hətta sərhədlərinə böyük nəzarəti Rusiyaya həvalə edən 2,8 milyonluq ölkə üçün böyük dönüş nöqtəsi ola bilər. 

2020-ci ildə Ermənistan Türkiyənin dəstəklədiyi daha güclü Azərbaycan silahlı qüvvələrinə qarşı 44 günlük müharibə aparanda (hər tərəfdən minlərlə insanın ölümünə səbəb olan münaqişə) atəşkəsi qorumaq üçün bölgəyə Rusiya sülhməramlıları yerləşdirildi.

İndi Rusiyanın başı Ukraynadakı müharibəyə qarşıb, İrəvanda isə prezident Vladimir Putinin əsgərlərinin Qafqazda sülhü qorumağa hazır olub-olmaması ilə bağlı qorxular artır. 

Bu aktual məsələdir, çünki Ermənistan Qarabağa görə Azərbaycanla yenidən hərbi əməliyyatlara başlaya bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin