Xəbər verildiyi kimi, hazırda Rusiya ilə Ermənistan arasındakı münasibətlər çox gərginləşib. Rəsmi İrəvan bu münasibətləri daha da pik həddinə çatdırmaq üçün digər addımları da verir. Belə ki, ABŞ və hətta Ukrayna ilə əməkdaşlığı gücləndirir, Nikol Paşinyanın xanımı Anna Akopyan isə ölkədən ilk humanitar yardımı Kiyevə gətirir, Volodimir Zelenski ilə görüşür.
Nəhayət gələn həftə Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək. Bütün bunlar təkcə Moskvanı deyil, Kremlə yaxın erməniləri də bərk narahat edir. “Russia Today” telekanalının rəhbəri, milliyyətcə erməni olan Marqarita Simonyan baş verənlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, televiziya kanalında çıxışı zamanı açıq şəkildə Rusiyanın tərəfini tutduğunu deyib.
O, xatırladıb ki, İrəvan Krım yarımadasını Rusiya ərazisi kimi tanımayıb.
Qeyd edək ki, Simonyan heç vaxt Ermənistanda yaşamayıb. Ötən ildən Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulub. Buna səbəb Simonyanın Paşinyan hökumətinin sərt tənqid etməsi olub.
İkinci Qarabağ müharibəsindən sonra isə Simonyan Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək Telegram kanalında “Cəhənnəmdə yan, ifritə! Cəhənnəmdə yan, ey əclaf!” sözlərini yazmışdı.
Simonyan etiraf edib ki, həyatında cəmi iki dəfə Ermənistanda olub. O, qeyd edib ki, indiki hakimiyyətin dövründə Ermənistana getməyəcək.
Bizim.Media
- A-
- A
- A+
Region
15:18 / 10.09.2023
Marqarita Simonyan seçimini etdi: Ermənistanın deyil, Rusiyanın tərəfini tutdu
Hazırda oxunan: Marqarita Simonyan seçimini etdi: Ermənistanın deyil, Rusiyanın tərəfini tutdu
Hazırda oxunan: Marqarita Simonyan seçimini etdi: Ermənistanın deyil, Rusiyanın tərəfini tutdu
154509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.