Qandonduran olay – Övladlarının gözü qarşısında arvadını, qayınanasını və qonşusunu öldürdü

Hazırda oxunan: Qandonduran olay – Övladlarının gözü qarşısında arvadını, qayınanasını və qonşusunu öldürdü

15438

Türkiyənin İzmir şəhərində qandonduran olay baş verib.

Bizim.Media Türkiyə mətbuataına istinadən xəbər verir ki, boşanma ərəfəsində olan Bayandur məhəllə sakini Hüsnü T. həyat yoldaşının qaldığı evə basqın edib.

O, qarşısına çıxan həyat yoldaşına, ona köməyə gələn qayınanası və qonşusuna atəş açaraq qətlə yetirib. Dəhşətli qətl hadisəsi ailənin iki övladının gözü qarşısında baş verib.

 

MÖVZU İLƏ BAĞLI:

Hamilə arvadını uçurumdan ataraq qətlə yetirdi - Qandonduran hadisə - FOTO


İddialara görə kişi həyat yoldaşının qaldığı evə gələrək onunla mübahisə edib. Qadının anası və qonşu mübahisəyə müdaxilə etməyə çalışsalar da, onlar da qurbana çevrilib.

Hər üçünün cənazəsi prokurorun araşdırmasından sonra İzmir Ədli Tibb Təşkilatının meyitxanasına aparılıb.

Cinayət öncəsi Hüsnü T. sosial şəbəkədə əzrailin şəklini paylaşaraq "İşim azdır, səni unutduğumu düşünmə" qeydini edib. Bir gün əvvəl isə övladlarının fotosunu paylaşaraq "siz mənim yeganə həqiqətimsiz, bunu unutmayın" ifadəsini yazıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin