“Paşinyan reytinq üçün “Vaqner”in onu devirəcəyi yalanını UYDURUB” – Sergey Melkonyan  

Hazırda oxunan: “Paşinyan reytinq üçün “Vaqner”in onu devirəcəyi yalanını UYDURUB” – Sergey Melkonyan  

154369


“Ermənistan hakimiyyəti onlara sadiq resurslar vasitəsilə hər cür şayiə və iftiralar yaymaqla kifayət qədər bərbad gündə olan reytinqini müəyyən dərəcədə bərpa etməyə çalışır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Sputnik Armenia”ya açıqlamasında politoloq Sergey Melkonyan deyib.

O bildirib ki, bir neçə gün əvvəl bir sıra hökumətyönlü sosial səhifələr Ermənistanda guya yerli qüvvələrin iştirakı və “Vaqner PMC”nin dəstəyi ilə dövlət çevrilişi hazırlandığı barədə xəbərlər tirajlamışdı: 

“Hətta “Vaqner”in 3 min döyüşçüsünün İrəvan ətrafında dayanaraq əmr gözlədiklərini də yazmışdılar. Bu cür dezinformasiyalarla hakimiyyət elə fon formalaşdırır ki, guya xaricdən çox güclü təxribatlar var. Və xarici təxribatları dəf etmək üçün xalqla hakimiyyət birləşməlidir.

Beləcə,Paşinyan höküməti Rusiya, Türkiyə və Azərbaycandan təhlükə təəssüratı yaradır. Guya bu üç ölkə Ermənistana qarşı planlar hazırlayır. Və bu məqsədlə “Vaqnerçilər”dən istifadə ediləcək.
Amma bu informasiyanı yayanlar niyə Paşinyan iqtidarından və Milli Təhlükəsizlik Xidmətində soruşmurlar ki, 3 min silahlı döyüşçü Ermənistana necə gəlib və harada gizlənir? Ən əsası belə bir fakt varsa niyə buna qarşı tədbir görülmür? 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları silah saxlamaya görə sıradan bir vətəndaşı çox asanlıqla tapıb üzə çıxardırsa bəs onda 3 minlik ordunu niyə “aşkarlamır”?” 

Melkonyan onu da qeyd edib ki, bunların hamısı siyasi şoudur.  

“Son sorğular hakimiyyətin reytinqinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü göstərir. Bu reytinqi xilas etməyin yollarından biri də xarici aqressiyanın gücləndiyini göstərərək xalqla hakimiyyətin birliyinə nail olmaqdır.

Bundan əlavə, Azərbaycanla qarşıdurmada uğursuzluqlar zamanı qaçılmaz məsuliyyətdən sığortalanmaq üçün Paşinyan qurbanlıq axtarır”. 

Göründüyü kimi Ermənistanda siyasi gərginlik günbəgün artır. Bununla paralel Paşinyan iqtidarının reytinqi sürətlə aşağı düşür. Çıxılmaz vəziyyətdə qalan  Paşinyansa qaranlıqda qara pişik axtarmaq məcburiyyətində qalıb. 

Surxay Atakişiyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin