Rusiyanın Ermənistanda ÇEVRİLİŞ PLANI – “Vaqner”çilər Paşinyanı vəzifədən UZAQLAŞDIRACAQ 

Hazırda oxunan: Rusiyanın Ermənistanda ÇEVRİLİŞ PLANI – “Vaqner”çilər Paşinyanı vəzifədən UZAQLAŞDIRACAQ 

154252

“Priqojinin ölümü zamanı Ermənistanda “Vaqner”in 3000-ə yaxın döyüşçüsü var idi. Bu yaxınlarda (əsasən Rostovdan) onlara 2000-ə yaxın müqaviləli əsgər (əsasən etnik ermənilər) qoşulub.

Paşinyanın Rusiya rəhbərliyini Qarabağ məsələsində razılaşmalara əməl etməməkdə ittiham etməsi ilə bağlı son açıqlamalarını nəzərə alaraq, Kreml Ermənistanda dövlət çevrilişi ssenarisinə icazə verib”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Bagramyan 26” teleqram kanalında məlumat dərc olunub. 
 



MÖVZU İLƏ BAĞLI:

Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq
 


“Bu planın məqsədi ölkədə mövcud olan Vaqner yaraqlılarından istifadə edərək Paşinyan və onun komandasını hakimiyyətdən uzaqlaşdırmaqdır. Putin üçün bardağı daşıran “son damla” erməni-amerikan birgə hərbi təlimləri oldu.

Hazırda Ermənistanda vaqnerçilərin sayı 12 minə çatıb. Hərəkət etmək əmri “srağagün üçün” idi”, deyə qeyd olunub. 

Rusiya, əsasən xeyli agentlərinin olduğu Ermənistan ordusunun, kəşfiyyat xidmətlərinin və polisinin yüksək rəhbərliyinə arxalanır, çünki orta və aşağı səviyyələrdə Rusiyaya dəstək çox zəifdir. 

O da qeyd edilib ki, hazırda Paşinyanı əvəz etmək üçün Rusiyanın layiqli namizədləri yoxdur. Həm də İrəvan və onun ətrafında çoxsaylı hərbi birləşmələrin mövcudluğu Paşinyanı devirmək məsələsində uğur ehtimalını xeyli dərəcədə azaldır.

Bununla belə, əsas diqqət Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı təmas xəttində və iki ölkənin sərhədində sabitliyin pozulmasına yönəldilir. 
Prosesin davamı olaraq isə İrəvan şəhərinin meri vəzifəsinə rusiyayönlü şəxslərin (Mane Tandilyan - Ruben Vardanyanın namizədi, Ayk Marutyan - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin namizədi, Andranik Tevanyan - ikinci Prezident, "Ermənistan” fraksiyasının lideri Robert Köçəryanın namizədi) namizədliyi irəli sürüləcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin