Zaxarova: “Ermənistan Rusiya rəsmilərini ölkəyə buraxmır”- VİDEO

Hazırda oxunan: Zaxarova: “Ermənistan Rusiya rəsmilərini ölkəyə buraxmır”- VİDEO

154202

“Ermənistanın Rusiya rəsmilərini ölkəyə buraxmaması qarşılıqlı fəaliyyətə ziyan vurur”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda keçirilən “Rusiya-Ermənistan media forum”unun iştirakçılarına ünvanladığı müraciətdə bildirib. 

Zaxarovanın sözlərinə görə, Moskva “erməni xalqının bütün bəlalarında Rusiyanı günahlandırmaqla Rusiya Federasiyası ilə Ermənistan arasında düşmənçiliyi qızışdırmaq cəhdlərini qəbuledilməz hesab edir”. 
“Son vaxtlar Ermənistanın informasiya məkanında Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı birtərəfli, neqativ və çox vaxt həqiqətə uyğun olmayan məlumatların yayılması istiqamətində hökm sürən açıq tendensiya nə sizi, nə də bizi qane edə bilməz”, - deyə o bildirib.

Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin