Serj Sarkisyan və Robert Köçəryanın Ermənistan və onun xalqı ilə şəxsi problemləri var.
Bizim.Media xəbər verir ki, bu fikirləri erməni politoloq Arutyun Mkrtçyan "1lurer" nəşrinə açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, Serj Sarkisyan öz siyasətində tam fiaskoya uğrayıb və 2018-ci ildə bütün ermənilər tərəfindən rədd edilib:
"Hazırda da bu statusda qalmaqda davam edir. Sarkisyanın Robert Köçəryanın dediyi kimi “Arsax” xilasetmə cəbhəsini hansı üzlə təşkil etdiyini bilmirəm. Mən bu rədd edilənləri uzaq durmağa çağırıram. Geri qayıtmayın!” – deyə Arutyun Mkrtçyan bildirib.
Bundan başqa, o, əlavə edib ki, Sarkisyan və Köçəryanın partiyaları parlamentdə de-yure olsalar da, faktiki olaraq yoxdurlar:
“Onlar bu çətin vəziyyətdə öz seçiciləri və Ermənistanla maraqlanmırlar. Müxalifət erməni xalqı tərəfindən rədd edilən bir anlayışdır. Serj Sarkisyanın ermənilərlə şəxsi problemi var və bu səbəbdən 2018-ci ildə hakimiyyətdən uzaqlaşdırılıb.
Köçəryanın isə bütövlükdə Ermənistan dövləti ilə problemi var. O, son seçkilərə Rusiya ilə dərin inteqrasiya təklifi ilə getmişdi. Bu adamların indi deməyə sözü yoxdur”, - deyə Mkrtçyan yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:05 / 06.09.2023
Serj Sarkisyan öz siyasətində tam fiaskoya uğrayıb - Erməni politoloq
Hazırda oxunan: Serj Sarkisyan öz siyasətində tam fiaskoya uğrayıb - Erməni politoloq
Hazırda oxunan: Serj Sarkisyan öz siyasətində tam fiaskoya uğrayıb - Erməni politoloq
153955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.