“Ermənistanla Türkiyə arasında sərhəd açılsa, ticarət dövriyyəsinin həcmi 10 dəfə artacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə ilə quru sərhədinin açılması ilə bağlı hələlik məlumat yoxdur və bu kifayət qədər mürəkkəb prosesdir.
Nazirliyin verdiyi məlumata əsasən, ölkənin xarici ticarət dövriyyəsində Türkiyə ilə ticarət cəmi 1% təşkil edir. Lakin İrəvanla Ankara arasında birbaşa ticarətə başlanacağı təqdirdə bu rəqəm 10% və daha çox arta bilər.
Qeyd edək ki, Asiya İnkişaf Bankı Azərbaycan və Türkiyə ilə sərhədin açılacağı təqdirdə Ermənistanın xarici ticarət kəsirinin təqribən 30-50 faiz azalacağını proqnozlaşdırıb.
İlhamə Əli, Bizim.Media
- A-
- A
- A+
Region
17:02 / 06.09.2023
Ermənistan İqtisadiyyat Nazirliyi: “Türkiyə ilə sərhədin açılması ticarət dövriyyəsini on dəfə artıracaq”
Hazırda oxunan: Ermənistan İqtisadiyyat Nazirliyi: “Türkiyə ilə sərhədin açılması ticarət dövriyyəsini on dəfə artıracaq”
Hazırda oxunan: Ermənistan İqtisadiyyat Nazirliyi: “Türkiyə ilə sərhədin açılması ticarət dövriyyəsini on dəfə artıracaq”
153954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.