Rusiyada gizlənən sabiq deputat Paşinyanı satqınçılıqda günahlandırdı – QARABAĞA GÖRƏ

Hazırda oxunan: Rusiyada gizlənən sabiq deputat Paşinyanı satqınçılıqda günahlandırdı – QARABAĞA GÖRƏ

15386

Ermənistan hakimiyyəti Qarabağı satdı, ona xəyanət etdi və minlərlə uşağın ölümü onların vicdanındadır.

Bunu keçmiş deputat, Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan "168 jam" qəzetinə verdiyi müsahibəsində deyib.

İş adamı hazırda bir neçə cinayət işində ittiham olunur. Ayrapetyan vətənində axtarışa verilib.

O, əminliklə bildirib ki, Azərbaycanla müharibə Serj Sarkisyan və ya Robert Köçəryan (respublikanın keçmiş prezidentləri) dövründə aparılsaydı, onda Ermənistan bu qədər böyük itkilər verməzdi.

"Bütün bir nəsli, vətənimizi itirdik. Bu oğlanlara görə gecələr ağlayıram. Son 20 ildə doğum nisbətində böyük bir enişimiz olacaq. Bütün bu nəticələri necə aradan qaldıracağıq? Əlbəttə, əvvəlki hakimiyyətlərdə bəzi çatışmazlıqlar var idi, amma qurduq, yaratdıq”. Ayrapetyan etiraf edib.

Onun sözlərinə görə, mövcud hakimiyyət hər fürsətdə sələflərini günahlandırır.

"Serj Sarkisyan və ya Robert Köçəryan müharibə etsəydilər, bu cür itkilərimiz olardı?! Bu sual sadəcə söz mövzusu deyil. Qarabağdakı hər metr ərazini tanıyırdılar. İkisi də müharibə vaxtı Qarabağa getdi, amma Arayik Arutyunyan onları qəbul etmədi. Bunları yalnız Nikolu (Ermənistanın Baş naziri Nikol Paşinyan) incitməmək üçün etdi" deyə iş adamı bildirib.

“Düzdür, keçmiş prezidentlər də Qarabağla bağlı danışıqlar kontekstində kompromislərdən danışırdılar, ancaq heç vaxt Hadrutun təslim olmasından heç söz açmırdılar. Və bu gün heç kim Dağlıq Qarabağın və sakinlərinin başına nə gələcəyini düşünmür”, deyə o vurğulayıb.

Ayrapetyan, həmçinin Ermənistan hakimiyyətini Şuşanı təslim etməkdə günahlandırıb. O, şəhərin kənarında yerləşən Daşaltı kəndinin qəhrəmanlıqla müdafiə olunduğunu, lakin müdafiəçilərin lazımi kömək almadığını söyləyib.

Sabiq deputat əlavə edib ki, Şuşanın müdafiəsi yaxşı təşkil edilsəydi, verilməzdi:

"Şuşanın müdafiəsinə kimin rəhbərlik etdiyini hələ bilmirik. İndi Seyran Ohanyanı (Ermənistanın keçmiş müdafiə naziri) günahlandırmaq istəyirlər. Ancaq həqiqətən o, rəhbərlik etsəydi, Şuşa heç vaxt düşmənə təslim olmazdı".

Ayrapetyanın sözlərinə görə, Ermənistan hakimiyyət orqanlarının satlınlığının birbaşa təsdiqi Azərbaycan prezidenti İlham Əliyevin dediklərinə reaksiya verilməməsidir.

İş adamı deyir ki, Paşinyan Əliyevlə hansısa müqavilə bağlayıb və bu səbəbdən mümkün açıqlamalardan qorxur.

Xatırladaq ki, Ermənistanın İstintaq Komitəsi əvvəllər Ayrapetyana və onun oğlu Rafik Ayrapetyana qarşı bir sıra maddələrlə cinayət işi açıb. Ruben Ayrapetyan axtarışa verib. Hazırda o, Rusiyada yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin