"Biz Azərbaycanla Ermənistanı eskalasiyaya səbəb olan hərəkətlərdən çəkinməyə çağırırıq".
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinqdə səsləndirib.
Onun sözlərinə görə, sərhəddə baş verən son insident Aİ-nin Ermənistandakı missiyasının aşağı effektivliyini göstərdi:
"Rusiyanın köməyi ilə Azərbaycanla Ermənistan arasındakı sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərin aparılmasını zəruri hesab edirik. Biz, eyni zamanda KTMT missiyasının Ermənistanda yerləşdirilməsinin tərəfdarıyıq".
Bizim.Media