"Ordumuzda tam xaos hökm sürür" - Erməni hüquq müdafiəçisi

Hazırda oxunan: "Ordumuzda tam xaos hökm sürür" - Erməni hüquq müdafiəçisi

153607

"İndi Ermənistan ordusunda tam xaos hökm sürür".

Bizim.Media xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Janna Aleksanyan “Azatutyun” radiostansiyasının efirində danışıb.

“Hələ yadımda deyil ki, bir ayda orduda səkkiz ölüm olub. Bir gün ərzində üç insident oldu, qeyri-döyüş şəraitində üç ölüm hadisəsi baş verdi Müdafiə Nazirliyi isə susur. Nə açıqlama, nə başsağlığı, nə də izahat verir.
Bu, onu deməyə əsas verir ki, həlak olanların ailələri qarşısında heç bir məsuliyyət yoxdur. Daha çox deyəcəyəm.

Ümumiyyətlə, Papikyanın (Ermənistanın müdafiə naziri - red.) ordu ilə heç bir əlaqəsi yoxdur. Onun bu vəzifədə qalmasına çox təəccüblənirəm.

Əminəm ki, onun orduda baş verənlərlə bağlı məlumatı yoxdur. İfadəyə görə həqiqətən üzr istəyirəm, amma indi orduda xaos var, qətiyyən heç kəs əsgərlərin ölüm səbəbləri ilə maraqlanmır”, - deyə Aleksanyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin