“Sülh gündəminin təşəbbüskarı olduğunu deyən Nikol Paşinyan əslində müharibəni qızışdırır. O, 2020-ci ildə də Qarabağı Ermənistanın bir hissəsi adlandıraraq müharibəyə səbəb olmuşdu. Biabırçı məğlubiyyətdən sonra yenə də bu addımı atır”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Ermənistanın “Hraparak” nəşrində yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Azərbaycana müharibə elan etdi - VİDEO
Mənbə yazır ki, Paşinyan baş nazir vəzifəsindən uzaqlaşdırılmalıdır, çünki müharibə generatoruna çevrilib:
“Müharibənin kölgəsindən xilas olmaq istəyiriksə, baş naziri istefaya məcbur etməliyik. Sadəcə başqa variant yoxdur”.
Bizim.Media